“UNEC İqtisadi Forumu”nun proqramı açıqlandı
22 noyabr 2021 15:23 (UTC +04:00)

“UNEC İqtisadi Forumu”nun proqramı açıqlandı

Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər təşkilatlarla birgə Bakıda “UNEC Economy Forum Baku 2021” (“UNEC İqtisadi Forumu, Bakı 2021”) təşkil olunacaq. Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən edilmiş mərhələləri, eləcə də Azərbaycanın bir sıra sosial-iqtisadi transformasiyaları əhatə edən və keçdiyi müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, Forum, aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda təcrübəli sənaye xadimlərini bir araya gətirəcək və beləliklə, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə və müəyyən etmək üçün platforma təmin edəcəkdir.

UNEC İqtisadi Forumunda Prof. Dr. Aziz SANCAR və Prof. Dr. Muhammad Yunus kimi Nobel Laureatları, həmçinin iri özəl və dövlət təşkilatlarının rəhbərləri, yerli və beynəlxalq peşəkarlar və digər sənaye ekspertləri iştirak edəcəklər.

Forumun əsas şüarı “Zəfər Yolu” olaraq müəyyənləşdirilmişdir. Forumda əsasən aşağıdakı mövzular çərçivəsində müzakirələr aparılacaq:

  • Dəyişən qlobal iqtisadi sistemdə necə üstün mövqe tutmalı;
  • Qlobal iqtisadi artım üçün əsas problemlər;
  • Yüksək texnologiyalı istehsal ekosistemi;
  • İqtisadiyyatın rəqəmsal transformasiyası;
  • Yaşıl iqtisadiyyat və davamlı inkişaf;
  • Sosial təminat;
  • Biznes;
  • Post-pandemiya dövrünün iqtisadi çətinlikləri;
  • Pandemiya sonrası biznesin transformasiyası;
  • Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış;

Forum çərçivəsində 3 gün ərzində 5 panel üzrə müzakirələr gedəcək. Panellər aşağıdakı kimidir:

  • PANEL 1: Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar
  • PANEL 2: Post-pandemiya dövründə elm və təhsil
  • PANEL 3: İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar
  • PANEL 4: Post-pandemiya dövründə biznes transformasiyası
  • PANEL 5: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya
  • Qonaqların 4 Dekabr tarixində Qarabağa səfər etməsi də tədbirin proqramına daxil edilmişdir.

Tədbirlə bağlı ətraflı məlumatı unecforum.az saytından və aşağıdakı əlaqə vasitələrindən əldə edə bilərsiniz.

Forumun instagram səhifəsi: Instagram.com/uefbaku

Forumun Facebook səhifəsi: Facebook.com/uefbaku

 

# 1539
avatar

Oxşar yazılar

“Kupça”sı olmayan evlər necə sığortalanacaq? – RƏSMİ CAVAB

“Kupça”sı olmayan evlər necə sığortalanacaq? – RƏSMİ CAVAB

7 fevral 2023 , 11:48
Sənədsiz evlərin aqibəti necə olacaq? - SƏDR AÇIQLADI

Sənədsiz evlərin aqibəti necə olacaq? - SƏDR AÇIQLADI

7 fevral 2023 , 11:42
Mikayıl Cabbarov Naxçıvana gedib

Mikayıl Cabbarov Naxçıvana gedib

7 fevral 2023 , 09:27
"Azəriqaz"da növbəti görüş Mingəçevirdə  OLACAQ

"Azəriqaz"da növbəti görüş Mingəçevirdə OLACAQ

6 fevral 2023 , 17:24
"Azəriqaz"dan həftəlik STATİSTİKA -  VİDEO

"Azəriqaz"dan həftəlik STATİSTİKA - VİDEO

6 fevral 2023 , 16:51
"Azercell"dən Türkiyədəki abunəçilərinə dəstək!

"Azercell"dən Türkiyədəki abunəçilərinə dəstək!

6 fevral 2023 , 16:21
“Nar” Türkiyədə olan abunəçilərinin balansına internet və danışıq dəqiqələri əlavə edir

“Nar” Türkiyədə olan abunəçilərinin balansına internet və danışıq dəqiqələri əlavə edir

6 fevral 2023 , 13:03
"Bakcell" Türkiyədəki abunəçilərinə dəstək göstərdi

"Bakcell" Türkiyədəki abunəçilərinə dəstək göstərdi

6 fevral 2023 , 12:29