Bu gün Azərbaycanda qızılın qiyməti 0,2% azalaraq bir unsiyaya görə 2 871,4615 manat təşkil edib ki, bu da son on ayda qeydə alınmış ən aşağı göstəricidir.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, sonuncu dəfə qızılın bundan aşağı dəyəri 2020-ci ilin 1 may tarixində qeydə alınıb – 2 868,3845 manat. Sözügedən qiymətli metalın bu il ən yüksək qiyməti yanvarın 6-da olub – 3 307,5455 manat. Həmin tarixindən bəri qızılın dəyəri 13,2% azalıb.
Qeyd edək ki, hazırda "Comex"də (Nyu-York əmtəə birjasının bölməsi) qızılın bir unsiyası 1 687,9 ABŞ dollarına (2 869,43 manat) ticarət olunur.