Quş təyyarəni saxlatdı:  Bakı-Antalya reysinin 142 sərnişini...
12 iyun 2021 10:07 (UTC +04:00)

Quş təyyarəni saxlatdı: Bakı-Antalya reysinin 142 sərnişini...

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan "Airbus A320" təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.

AZAL-dan Lent.az-a verilən məlumata görə, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib.

Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.

Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.

# 2514
avatar

Oxşar yazılar