Qlobal iqtisadi böhranın yeni dalğasının vaxtı  AÇIQLANDI 
11 may 2021 13:21 (UTC +04:00)

Qlobal iqtisadi böhranın yeni dalğasının vaxtı AÇIQLANDI 

Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (CMASF) mütəxəssisləri hazırladıqları hesabatda qlobal iqtisadi böhranın növbəti mərhələsinin vaxtını açıqlayıblar.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, mütəxəssislər iki ssenarini təsvir etdilər - əsas və mühafizəkar. Onlar  ehtimal edirlər ki, 2025–2026-cı illərdə iqtisadi böhran baş verə bilər.

İlkin ssenariyə görə proqnozlaşdırılır ki, COVID-19 pandemiyası 2021-ci ilin ortalarında sona çatacaq. Ümumi daxili məhsulun illik artımı 4 faiz olacaq, neftin qiymətinin bir barrelinin qiyməti isə onilliyin axırında 82-85 dollara qədər artacaq. 


İqtisadiyyatın monetar stimullaşdırılması bazarları əlavə olaraq "sürətləndirəcək". Onların böyüməsi sayəsində ölkələr yaxın gələcəkdə borc böhranının qarşısını ala biləcəklər.


Struktur böhranı ssenarisində (mühafizəkar) ehtimal edilir ki, pandemiya bir il də çox davam edəcək, ümumi daxili məhsul ildə 2-3 faiz artacaq. Bu halda neftin bir barrelinin qiyməti onilliyin birinci yarısında 50-55 dollara düşəcək, ikinci yarısında isə 20-ci illərin yarısındakı kimi 65 dollara qədər artacaq. 

Eyni zamanda, mütəxəssislər əsas böhransız ssenarinin mümkünlüyünü də təsvir edirlər. Ancaq bu vəziyyətdə belə, 2020-ci illərin ortalarında "böyümə fasiləsi" olacaq”. İqtisadiyyat düşməyəcək, amma iqtisadi böyümə nisbəti sıfır olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2289
avatar

Oxşar yazılar