Qiymət artımı nə vaxtadək davam edəcək? - VİDEO
22 yanvar 2022 17:00 (UTC +04:00)

Qiymət artımı nə vaxtadək davam edəcək? - VİDEO

2021-ci ildə dünyada ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Arzuolunmaz qlobal mənzərə fonunda Azərbaycanda da inflyasiyanın səviyyəsi yüksək olub.

Lent.az APATV-yə istinadən xəbər verir ki, ölkəmizdə də yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunmaqdadır.

Ötən il ölkə üzrə kənd təsərrüfatı və ərzaq idxalı 2,1 mlrd. dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edib. Qeyd edək ki, hökumət son vaxtlar taxıl və taxıl məhsullarında yaranan qiymət artımları ilə bağlı bəzi tədbirlər də həyata keçirib.

Xüsusilə, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ƏDV-dən azad edilib.

Sözügedən dəyişikliklərdə bəhs olunan pozisiyalar üzrə ƏDV-dən azadetmə müddəti 2024-cü ilədək uzadılıb. Ancaq bu davamlı tənzimləmə yolu hesab edilə bilməz. Ona görə də cari ilin əvvəllərindən bazarda yeni qiymətlərin tətbiqi baş verdi.

Millət vəkili Aydın Hüseynovun fikrincə, dövlət ərzaq təminatını etibarlı şəkildə həll etmək və qiymətlərə nəzarət etmək üçün kifayət qədər nəzarət resurslarına malikdir. Əhalinin həyat səviyyəsi, ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır.

Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzində olacaq:

"Bu məqsədlə artıq süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görü-lür. Süni qiymət artımı ilə bağlı tapşırıq əsasında İqtisadiyyat Nazirliyi yanında An-tiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinq və nəzarət tədbirlərini daha da gücləndirib.

Respublikanın 68 şəhər və rayonları üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlər aparılır. Bütün bu tədbirlər nəticəsində qiymət artımlarının qarşısı alınacaq və ölkədə aparılan sosial tədbirlərin əhalinin rifahına müsbət tə¬sirləri təmin ediləcəkdir". 

A.Hüseynov bildirib ki, ölkə rəhbərliyi tərəfindən istehlak bazarının tənzimlənməsi, qiymətlərə nəzarətin gücləndirilməsi, süni qiymət artımına yol verilməməsi hökumətin və ölkənin müvafiq iqtisadi qurumların qarşısına çox ciddi vəzifələr kimi qoyulub. Bu məqsədlə əsas hədəflərdən biri kimi yerli qida məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına və özünütəminetmə səviyyəsinin artırılmasına nail olunmalıdır. Daxili istehsal imkanları əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək səviyyəsinə çatdırılmalıdır – deyə o əlavə edib.

“Pandemiya səbəbindən dünya bazarında qiymət artımının növbəti illərdə də davam edəcəyi gözləniləndir” - bunu isə kanalımıza deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycan kənar təsirləri minimallaşdırlmaqla bağlı sistemli tədbirlər həyata keçirmək proqramlar hazırlayıb:

“Antiinflyasiya proqramı dünya bazarındakı qiymət artımlarının təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır. Təbii ki, burada əsas məqsədləridən biri yerli istehsal hesabına istehlakın əhəmiyyətli hissəsinin ödənilməsinə nail olmaq, xüsusən də ərzaq və kənd təsərrüfatı məhsullarının yerli istehsalının genişləndirilməsi. Bununla da xarici bazarlardakı qiymət artımlarının təsirlərinin minimumlaşdırılmasına nail olmaqdan ibarətdir. Bu istiqamətdə də fəaliyyətlər davam etdirilir. Xüsusən də işğaldan azad edilmiş ərazilərimizdəki məhsuldar torpaq fondunun yenidən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə imkanlarıdır. Yerli istehsalın genişləndirilməsi üçün yeni potensialdır”.

Deputat onu da əlavə edib ki, ərzaq təhlükəsizliyi və təminatının formalaşması ilə bağlı aparılan siyasətin strateji hədəfləri istehlakın daha çox yerli istehsalın hesabına ödənilməsinə nail olmaqdan ibarətdir.

Vüqar Bayramov xüsusilə qeyd edib ki, bu idxalın azalmasına və ərzaq təminatı və qiymətlərin optimallaşdırılması baxımından hədəflərə nail olunması kontekstindən də vacib hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1728
avatar

Oxşar yazılar