Prezident İlham Əliyev Balakən, Qax, Şəki və Zaqatala rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Lent.az xəbər verir ki, Sərəncama əsasən, Balakən, Qax, Şəki və Zaqatala rayonlarının əhalisi 93014 nəfər olan 26 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 28 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,96 milyon (bir milyon doqquz yüz altmış min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Balakən, Qax, Şəki və Zaqatala rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Sıra №-si |
Rayonun adı |
Quyuların sayı, ədəd |
Yaşayış məntəqələrinin adı |
Əhalinin sayı, nəfər |
|
Balakən |
6 |
Gərəkli kəndi |
3658 |
Hənifə kəndi |
4759 |
|||
Qaracabinə kəndi |
287 |
|||
Qullar kəndi |
5545 |
|||
Talalar kəndi |
3593 |
|||
Tülü kəndi |
6548 |
|||
|
Qax |
7 |
Ağyazı kəndi |
630 |
Amanlı kəndi |
170 |
|||
Cəlayir kəndi |
1626 |
|||
Güllük kəndi |
2635 |
|||
Qaratala kəndi |
598 |
|||
Şıxlar kəndi |
267 |
|||
Tasmalı kəndi |
1728 |
|||
|
Şəki |
8 |
Baş Zəyzid kəndi |
5472 |
Çapağan kəndi |
353 |
|||
İbrahimkənd kəndi (2 quyu) |
798 |
|||
Kiçik Dəhnə kəndi |
9331 |
|||
Küdürlü kəndi |
570 |
|||
Şəki şəhəri (121-ci kvartal) |
2000 |
|||
Vərəzət kəndi |
2038 |
|||
|
Zaqatala |
7 |
Aşağı Tala kəndi (2 quyu) |
7372 |
Danaçı kəndi |
7931 |
|||
Əliabad qəsəbəsi |
11236 |
|||
Lahıc kəndi |
2105 |
|||
Muğanlı kəndi |
3020 |
|||
Yuxarı Tala kəndi |
8744 |
|||
Cəmi: |
28 |
26 |
93 014 |