Ödənişləri ABB mobile-da qazandığınız Faydalarla edin®
01 aprel 2022 15:58 (UTC +04:00)

Ödənişləri ABB mobile-da qazandığınız Faydalarla edin®

ABB mobile tətbiqinin imkanları daha da genişlənib. Tətbiqə Fayda proqramı ilə bağlı yeni funksiya əlavə edilib. ABB mobile vasitəsilə toplanmış Faydalarla indi ödənişlər də aparmaq olar.

Fayda ABB-nin loyallıq proqramıdır. Ödənişlərini ABB mobile tətbiqi ilə edən bütün müştərilər Faydalar toplayırlar. İndiyə qədər Faydalarla yalnız hədiyyələr qazanmaq olurdu. İndi isə Fayda-larla elə ABB mobile-dan müxtəlif kommunal, rabitə, vergi və s. ödənişləri də aparmaq mümkündür. Fayda proqramı tətbiqin “Sizə özəl” bölməsindədir.

Müştəri ABB mobile tətbiqində qeydiyyatdan keçəndə ilkin olaraq 2000 “Xoşgəldin Fayda"sı qazanır. Ondan sonra tətbiqdə 1 manatdan çox məbləğdə etdiyi hər ödəniş ona yeni "Faydalar" qazandırır. Toplanmış "Faydaları" balansda dərhal görmək olur. "Faydalar" 1 il müddətində qüvvədədir. ABB mobile istifadəçisi tətbiqin “Tarixçə” bölməsindən hər bir əməliyyat üçün son istifadə tarixini mütəmadi izləyə bilər. Fayda loyallıq proqramı barədə əlavə məlumatları buradan əldə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2550
avatar

Oxşar yazılar