Neftin qiyməti 140 dollara qalxacaq –  PROQNOZ
07 iyun 2022 17:48 (UTC +04:00)

Neftin qiyməti 140 dollara qalxacaq – PROQNOZ

“Goldman Sachs”ın analitikləri bu ilin üçüncü rübündə “Brent” markalı neftin bir barrelinin qiymətinin 140 dollara qədər artacağını proqnozlaşdırıblar.

Lent.az bildirir ki, “Bloomberg”in yazdığına görə, maliyyəçilərin fikrincə, yaxın 12 ayda orta qiymət bir barrel üçün 135 dollar olacaq. “Goldman Sachs”ın proqnozunun əvvəlki versiyası ilə müqayisədə, ehtimal edilən qiymətlər bir barrel üçün 10 dollar artırılıb.

Analitiklərin fikrincə, hazırda dünya neft bazarında tələb və təklif balanssızlığı müşahidə olunur. Vəziyyəti normallaşdırmaq üçün, əsasən qlobal iqtisadiyyatın daralması və eyni zamanda istehsalın artması ilə əlaqədar tələbin daha da azalması lazımdır.

Hazırda dünya neft ehtiyatları gözləniləndən 75 milyon barrel azdır. Xüsusilə, Rusiyada istehsal bazar iştirakçılarının gözlədiyindən az azalıb. Bununla belə, iddialara görə, istehsalda azalma tendensiyası davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1599
avatar

Oxşar yazılar