
"Nar" onlayn təhsil alanlar üçün yeni internet paketini təqdim edib
“Nar” pandemiya dövründə onlayn formatda təhsil alan şagird və tələbələrin, eləcə də müəllimlərin dərslərə istənilən məkandan rahatlıqla qoşula bilməsi üçün “TƏHSİL+” internet paketini təqdim edib.
Yeni internet paketi ilə “Microsoft Teams”, həmçinin də “Zoom” tətbiqlərindən heç bir sürət limiti olmadan, istər tətbiq, istərsə də veb-brauzer üzərindən istifadə etmək mümkündür.
Bu paket çərçivəsində abunəçilərə hər iki tətbiqdən istifadə üçün sürət limiti olmayan 50GB təqdim olunur. Qeyd edək ki, “TƏHSİL+” internet paketinin üstünlüklərindən biri də “hotspot” funksiyası vasitəsilə internetin paylaşıla bilən olmasıdır. Paketin qiyməti 10 AZN təşkil edir. Sərfəli internet paketindən yararlanmaq üçün abunəçilər *777#21# kodunu yığa və ya “777” nömrəsinə “T+” açar sözünü göndərərək paketi aktivləşdirə bilərlər.
“Nar” uzunmüddətli KSM strategiyası çərçivəsində ölkədə təhsilin inkişafını dəstəkləyən bir çox sosial layihələr həyata keçirir. Təqdim olunan yeni internet paketi də ictimai izolyasiya dövründə təhsil prosesində iştirak edən şagird və tələbələrə, eləcə də müəllimlərə dəstək məqsədilə yaradılıb. “TƏHSİL+” internet paketi haqqında daha ətraflı məlumatla şirkətin rəsmi saytından tanış olmaq olar.

Oxşar yazılar

"Azercell" ilə TikTok indi daha əlçatandır!
26 fevral 2021 , 17:26
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
25 fevral 2021 , 13:04
Çörəyin qiyməti artıb? - RƏSMİ CAVAB
25 fevral 2021 , 12:40
BirBank vasitəsilə ölkədə ilk dəfə Mastercard kartları ilə NFC ödənişlər etmək mümkün oldu
25 fevral 2021 , 10:06
Azərbaycanda hansı yollar buz bağlayıb? - SON VƏZİYYƏT-YENİLƏNİB
25 fevral 2021 , 09:51
Madeyra növbəti mağazasını istifadəyə verdi!
24 fevral 2021 , 12:11
"Kapital Bank" terminallarında dollar və avro ilə mədaxillər mümkün oldu
24 fevral 2021 , 11:36
15 milyard və dünyanın ən varlı adamı statusunu itirdi
23 fevral 2021 , 14:51