"Kapital Bank" hüquqi şəxslərə və fərdi sahibkarlara yeni onlayn xidmət təqdim edib
22 noyabr 2021 10:35 (UTC +04:00)

"Kapital Bank" hüquqi şəxslərə və fərdi sahibkarlara yeni onlayn xidmət təqdim edib

“Kapital Bank” “Müştəri Bank”da qeydiyyatdan keçən hüquqi şəxs və fərdi sahibkarlara yeni xidməti təqdim edir.

Artıq sahibkarlar “Sənəd dövriyyəsi” funksiyası vasitəsilə məktub, ərizə, müraciət və tələb olunan digər sənədləri filiala gəlmədən, vaxt itirmədən, onlayn formada banka göndərə bilərlər.

Yeni imkanın özəlliyi sahibkarlara işin çox olduğu vaxtda, təcili sənədləşməni maneəsiz və heç yerə getmədən daha tez həll etməyə şərait yaradacaq. Sahibkarlar “Müştəri Bank” ilə bir sıra əməliyyatları onlayn həyata keçirə bilərlər.

Qeyd edək ki, “Müştəri Bank” vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

“Müştəri Bank” sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, “Müştəri Bank” sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.

# 1920
avatar

Oxşar yazılar