"İRŞAD ELECTRONİCS"ə qarşı SANKSİYA
07 aprel 2022 16:29 (UTC +04:00)

"İRŞAD ELECTRONİCS"ə qarşı SANKSİYA

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mobil telefon cihazları bazarında araşdırmalar zamanı təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Xidmətdən Lent.az-a bildirilib ki, “IRŞAD ELECTRONİCS” MMC, “İnteqral” QSC, “Soliton LTD” MMC və “ELCORE DİSTRİBUTİON AZ” MMC tərəfindən sorğuda tələb olunan sənəd və məlumatlar təqdim edilmədiyi üçün həmin təsərrüfat subyektləri barəsində iş qaldırılıb.

Aprelin 7-də “IRŞAD ELECTRONİCS” MMC-yə qarşı qaldırılan işə baxılıb, müvafiq göstərişlər verilib və təsərrüfat subyektinə qarşı maliyyə sanksiyası tətbiq edilib.

Digər təsərrüfat subyektləri üzrə işə baxılmasının nəticələri barədə məlumat veriləcək və Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4146
avatar

Oxşar yazılar