
İlham Əliyev: "Neft Fondunun vəsaiti azalmayıb, artıb"
"Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq. Çünki mən göstəriş vermişəm, azad edilmiş torpaqlarda indi payızlıq əkini aparılır. Bu barədə də danışacağıq".
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıb: "Neft Fondunun vəsaiti azalmayıb, artıb. Bu, bəlkə də bir çoxları üçün təəccüblüdür. Çox yox, amma təqribən 0,5 faiz artıb. Deməli, biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, biz koronavirusla mübarizəyə milyardlarla manat yönəltmişik, müharibə aparmışıq və digər xərclər olubdur, müavinətlər, sosial paket. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Yəni, bütün bunlar böyük maliyyə yüküdür. Amma dövlətin dayanıqlılığı, ölkəmizin uğurlu siyasəti nəticəsində biz buna nail ola bilmişik.

Oxşar yazılar

Bakı-Astara və Ərdəbil-Rəşt magistral yolları BİRLƏŞDİRİLİR
18 yanvar 2021 , 22:19
İlham Əliyev Sumqayıtda iki zavodun təməlini qoydu, açılış etdi
18 yanvar 2021 , 16:18
Dələduzlar bunu da etdilər: bankların logo və adları ilə məlumatlar ələ keçir
17 yanvar 2021 , 10:36
“Azercell”in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib
16 yanvar 2021 , 15:41
Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
16 yanvar 2021 , 12:05
“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib-VİDEO
15 yanvar 2021 , 13:47
Mərkəzi Bankın yeni binası 218 milyona tikiləcək
13 yanvar 2021 , 16:32
Unibank özünüməşğulluq layihəsini başa çatdırıb-FOTO
13 yanvar 2021 , 16:11