30 ildir ki, istehlakçıların sevimlisi olan “Final”, 62 nömrəli məktəb-liseylə birgə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir təşkil edib.
Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) icazəsi ilə keçirilən tədbir zamanı müəllimlər, şagirdlər və valideynlər arasında Azərbaycan filmlərindən səhnəciklər təqdim edilib.
Eyni zamanda, tədbirdə cənab Prezident İlham Əliyevin 60 illik yubileyi ilə bağlı şagirdlər çıxış ediblər, vətənpərvərlik ruhunda musiqilər və Xudayar təsnifini səsləndiriblər. Daha sonra üç nominasiya üzrə viktorina təşkil edilib. Qaliblərdən ikisi şagird, biri müəllim olub. Qaliblərə “Bazarstore” kartları təqdim edilib.
Sonda tədbirdə iştirak edənlərə "Final" çayları tərəfindən hədiyyələr təqdim olunub.
Yarandığı gündən klassik dadı və yüksək keyfiyyəti ilə hər kəsin sevimlisinə çevrilmiş “Final” çayı xalqımızı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir!
F