“Final” çay yeni reklam çarxını Flora Kərimova ilə təqdim etdi -  VİDEO
26 aprel 2021 13:40 (UTC +04:00)

“Final” çay yeni reklam çarxını Flora Kərimova ilə təqdim etdi - VİDEO

Klassik dadı ilə hər kəsin sevimlisi olan “Final” çay yeni reklam çarxını Flora
Kərimova ilə təqdim etdi.

30 il öncə istehlakçılara təqdim edilən və Azərbaycanın bütün bölgələrində fərqli
çay çeşidləri ilə rəğbət qazanan “Final” çay eyni keyfiyyətə sadiq qalaraq bir
klassikanı yaşadır.

Yubiley münasibətilə bir sıra yeniliklərə imza ataraq alıcılarına unudulmaz anlar
yaşadan sevilən çay markası 30 illiyinə həsr etdiyi reklam çarxını Azərbaycanın
məşhur estrada, opera müğənnisi, aktrisa, Azərbaycan Respublikasının xalq
artisti Flora Kərimovanın iştirakı ilə təqdim etdi. Yubiley reklam çarxının
məzmununda Flora Kərimovanın illərdir dəyişməyən səs rəngi, klassik avazı,
unudulmaz ifası “Final” çayın klassik dadı eyniləşdirilir, vəhdət təşkil edir. İllər
ötsə də, insanlar və məkanlar dəyişsə də, “Final” çayının ilk günkü keyfiyyətinin,
orijinallığının, ləzzətinin və təbiiliyinin dəyişmədiyi diqqətə çatdırılır. Müasir
texnologiyaların tətbiqi ilə müştəri istəklərini, zövqlərini, keyfiyyəti əsas tutaraq,
inkişaf edən və yeniliklərlə hər zaman istehlakçıları diqqətdə saxlayan “Final” çay
unikal çeşidləri ilə dünən olduğu kimi bu gün də, sabah da klassik dadın göstəricisi
olacağını vəd edir, və çay paketlərində də bunu ifadə edir. Flora Kərimovanın zərif
səsinin müşayiəti ilə səslənən “Dünya köhnə dünyadır” mahnısı isə reklam filmini
izləyən hər kəsin ruhunu oxşayır.

30 ildir keyfiyyətini qoruyan “Final” çayın yeni məhsulu ULTRA EARL GREY
artıq çay sevərlərin qarşısındadır! Dolğun berqamot ətri və dadıyla çay sevərlərə
fərqli hisslər yaşadacaq “Final”, ULTRA EARL GREY çeşidi ilə çay sevərlərə
yeni bir dad təqdim edir.

Sözügedən reklam çarxını keçid edərək izləyə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2064
avatar

Oxşar yazılar