Dolların varisi  AÇIQLANDI
19 dekabr 2021 14:27 (UTC +04:00)

Dolların varisi AÇIQLANDI

Amerikanın “Mobius Capital Partners” investisiya şirkətinin yaradıcısı Mark Mobius dolların mümkün varisini dünyanın ehtiyat valyutası adlandırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Mobius bunu onlayn-brifinqdə açıqlayıb.
 
“Düşünürəm ki, yuanın şansı digərlərindən daha çoxdur”, - maliyyəçi bildirib. - Birincisi, qızıl ehtiyatları artır. Çin ən böyük qızıl istehsalçılarından biridir”.

Onun fikrincə, ikinci mühüm amil Pekin ilə bəzi ölkələr arasında yuanın ehtiyat valyuta kimi istifadəsi və dövlət əmanətlərinin və mərkəzi bank ehtiyatlarının Çin aktivlərində yerləşdirilməsi ilə bağlı razılaşmalar olacaq.

Mobius inkişaf etməkdə olan bazarları olan ölkələrin, o cümlədən Rusiya, eləcə də Şərqi Avropa və Cənub-Şərqi Asiya dövlətlərinin aktivlərinə investisiyaları ilə məşhurlaşıb.
 

# 3681
avatar

Oxşar yazılar