İtaliyanın Baş naziri Mario Draqi Rusiyanın SWIFT sistemindən çıxarılmasını dəstəkləyib.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter"də bildirib.
“Bu bizim ölkələrimizin - Ukrayna və İtaliyanın tarixində yeni səhifənin başlanğıcıdır. Telefon söhbətimizdə Mario Draqi Rusiyanın SWIFT-dən çıxarılmasını və Ukraynaya müdafiə yardımı göstərilməsini dəstəklədi. Ukrayna Aİ-nin bir hissəsi olmalıdır”, - Prezident Zelenski bildirib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onu da qeyd edib ki, Kipr Respublikası da Rusiyanın SWIFT-dən çıxarılması qərarına blok qoymayacağını təsdiqləyib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Moskvaya tətbiq olunacaq sanksiyalar sırasında bu ölkənin SWIFT beynəlxalq maliyyə sistemindən uzaqlaşdırılması da müzakirə olunur, lakin bəzi Qərb ölkələrinin bu məsələyə tərəddüdlə yanaşdığı bildirilir.