COVID-19 peyvəndi dünyada 9 nəfəri milyarder etdi -  SİYAHI
22 may 2021 22:00 (UTC +04:00)

COVID-19 peyvəndi dünyada 9 nəfəri milyarder etdi - SİYAHI

Koronavirusa qarşı kütləvi peyvəndləmə bir neçə insanın varlanmasına imkan verib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, dollar milyarderləri statusunu koronavirus əleyhinə peyvəndlərin yaradılması və paylanması ilə məşğul olan 9 nəfər əldə edib.

Söhbət əczaçılıq şirkətlərinin rəhbərliyinin nümayəndələrindən gedir.

Yeni ortaya çıxan 9 zənginin ümumi gəliri 19 milyard dolları keçib.

Ekspertlərin fikrincə, bu pul COVID-19 peyvəndinin üçüncü dünya ölkələrində paylanması üçün kifayət edə bilər.

Yeni milyarderlərin siyahısı

Reytinqin birinci sırasında “Moderna” şirkətinin baş direktoru Stefan Banseldir. Amerikalının hesabında 4,3 milyard dollar var. 

İkinci sıranı “BioNTech” əczaçılıq şirkətinin rəhbəri Uğur Şahin tutur. Onun varidatı 4 milyard dollar qiymətləndirilir. 

Liderlərin üçlüyünə Timoti Sprinqer də düşüb.  “Moderna” təşkilatına yatırımlar da daxil olmaqla 2,2 milyard dollar qazanıb.

Dördüncü yeri daha bir ABŞ şirkətinin nümayəndəsi Nubar Afeyan tutur. Onun hesabında 1,9 milyard dollar var.

Beşliyə ROVI şirkətinin əməkdaşı Xuan Lopes-Belmonte də düşüb. O, 1,8 milyard dollar qazanıb.

“Moderna”da investisiya ilə məşğul olan alim Roberq Lanqer 1,6 milyard dollarla varlananların sırasına qoşulub. 

Siyahıdakı sonrakı üç yerdə Çindən olan istehsalçılar, “Cansino Biologics”in nümayəndələridir. Çju Tao, Tsyu DunsuMao Xuayxua.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3459
avatar

Oxşar yazılar