Hesablama Palatası 2022-ci ildə Mədəniyyət Nazirliyində və Gənclər və İdman Nazirliyində audit aparacaq.
Lent.az-ın məlumatına görə, bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, 2021-ci ilin dekabrın 24-də Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti tədbirlərini, eləcə də cari fəaliyyətini əhatə edən 2022-ci il üçün İş Planı təsdiq edilib və cari ildə Mədəniyyət Nazirliyində və Gənclər və İdman Nazirliyində audit aparılması nəzərdə tutulur.