“Bizim Sufre” məhsulları yeni görkəmdə evlərinizin qonağıdır - VİDEO
10 dekabr 2021 11:48 (UTC +04:00)

“Bizim Sufre” məhsulları yeni görkəmdə evlərinizin qonağıdır - VİDEO

Daim yüksək keyfiyyətli məhsulları və yenilikləri ilə gündəmə gələn “Bizim Sufre” markası daha bir yeniliyə imza atıb. Belə ki, “Bizim Sufre” markası müasir bazarın tələblərinə uyğun və daha cəlbedici görüntü yaratmaq məqsədilə məhsullarını istehlakçılara yeni görkəmdə təqdim edib. Budəfəki dəyişikliklər məhsulların dadında deyil, qablaşdırılmasında, yəni zahiri görünüşündə əks olunub.

Həmçinin layihə çərçivəsində “Bizim Sufre” dəyişdi, Sən də dəyiş! Və bizimlə birgə dəyişimi kəşf et!” şüarları ilə maraqlı konseptə malik xüsusi videoçarx da təqdim olunub. Videoçarxda əsas mesaj insanları stereotipləri qıraraq, ənənəvi dadları bir kənara qoyub fərqli ləzzətlər dadmağa çağırmaqdır. Sözügedən reklam çarxında yarpaq dolmasını sarımsaqlı sousla deyil, acılı nar sousu ilə yemək kimi təəccübləndirici, amma maraqlı təkliflər yer alıb. Layihənin əsas məqsədi insanları “olmaz!” deyə beyinlərə həkk olunan  və şablonlaşdırılmış qəliblərdən çıxarmaq, onları daha cəsarətli olmağa səsləmək və istədiyi hər bir şeyi ən azı sınamağa cəhd etməyə həvəsləndirməkdir.

Layihəyə diqqəti artırmaq məqsədilə, sosial mediada #mendeyishdim, #sendedeyish, #deyishimikeshfet, #bizimsufredeyishdi həştəqləri ilə maraqlı “challenge” də keçiriləcək. Brendin hədəfi çağırışa təkcə istehlakçıları deyil, aktiv sosial media istifadəçilərini, bloggerləri, məşhurları və s. də layihəyə cəlb etməkdir.

“Bizim Sufre”nin yeni qablaşdırmada olan məhsulunun tanınmış qida mütəxəssisləri  tərəfindən analiz edilməsi də gözləniləndir. Ümumi konseptə və markanın rənglərinə uyğun olaraq hazırlanmış dekorlar da mağaza vitrinlərinin qarşısında və ya özəl olaraq məhsul üçün ayrılmış xüsusi bir guşədə yerləşdiriləcək. Bununla da layihə 360 dərəcəlik platformalarda yer almağı hədəfləyir.

Qeyd edək ki, uzun illərdir süfrələrin bəzəyi olan “Bizim Sufre” brendi 2009-cü ildə yaradılıb. İllərdir ki, məhsulları əl dəymədən, tam avtomatlaşdırılmış şərtlərdə istehsal edilən “Bizim Sufre”nin fabriki məhsul istehsal edilməsi üçün lazım olan bütün beynəlxalq standartlara cavab verir və müxtəlif beynəlxalq sertifikatlara sahibdir.

Fabrikə xidmət göstərən laboratoriya Almaniyanın DAKKS Beynəlxalq Akkreditasiya Təşkilatından akkreditə olunmuşdur və ISO 17025:2005 Laboratoriya Akkreditasiya Yetərlilik Sertifikatına malikdir. Brend 2014-cü ildə Türkiyədə keçirilən beynəlxalq “Ambalaj Ay Yıldızları 2014” dizayn müsabiqəsində mükafat qazanaraq,  Azərbaycan məhsulunun beynəlxalq arenada rəqabət gücünü nümayiş etdirmişdi. Həmçinin 2021-ci ildə Ölkədə keçirilmiş “Brand Award” müsabiqəsində iştirak etmiş və top15 Markalar sırasında qalib olaraq yer almışdır.

“Bizim Sufre” məhsulları yeni görkəmdə evlərinizin qonağıdır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Oxşar yazılar