“Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu “A-98 SUPER” və “A-95 PREMİUM” markalı yanacaq növlərinin qiymətində artımın baş verməsi ilə bağlıdır.
“SOCAR-Petroleum”dan Lent.az-a bununla bağlı bildirilib ki, bahalaşmanın səbəbi ölkədəki qiymət artımı ilə bağlıdır:
"Qiymət artımı ilə əlaqədar olaraq ölkəmizə idxal olunan “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin qiymətində bahalaşma baş verib. Beləliklə, bu gündən “A-98” markalı benzinin satışı 1.90, “A-95” isə 1.60 manata həyata keçirilir".
Xatırladaq ki, qiymət dəyişikliyinə qədər Azərbaycana xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1 manat 45 qəpik, “Aİ-98” super markalı benzinin qiyməti 1 manat 60 qəpik təşkil edirdi.