Bakıda 3 qəsəbənin qazı kəsildi - SƏBƏB
29 mart 2021 16:49 (UTC +04:00)

Bakıda 3 qəsəbənin qazı kəsildi - SƏBƏB

Mart ayının 29-da saat 15:50-də "Qaz İxrac" İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, qəza səbəbindən Suraxanı rayonu Qaraçuxur, Yeni Günəşli və Əmircan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb.

“Günün sonuna qədər qaz təchizatının bərpası gözlənilir”, - məlumatda qeyd edilir.

# 1794
avatar

Oxşar yazılar