Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarları mayın 9-u saat 00:00-dan mayın 16-sı 06:00-dək hərəkətdə olmayacaq.
Lent.az xəbər verir ki, həmin xətt üzrə qatarlar mayın 8-i və 16-da tam iş günü cədvəli üzrə hərəkət edəcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.