“Azersun Holding” Şəkidə ac qalan atlara yem yardımı göndərdi
29 aprel 2021 15:46 (UTC +04:00)

“Azersun Holding” Şəkidə ac qalan atlara yem yardımı göndərdi

Bir neçə gün əvvəl Şəki rayonunda yerləşən Respublika Atçılıq Turizm və Atüstü milli Oyunlar mərkəzində saxlanılan atların acınacaqlı vəziyyətdə olması ilə bağlı görüntülər sosial mediada geniş əks-səda doğurmuşdu. Daşüz kəndində yerləşən mərkəzdə saxlanılan 30-a yaxın atların maliyyə sıxıntısı və yem çatışmazlığı səbəbindən aclıqdan əziyyət çəkdiyi görüntülər paylaşılırdı. Bu gün əldə etdiyimiz məlumata görə, artıq Respublika Atçılıq Turizm və Atüstü milli Oyunlar mərkəzinə “Azersun Holding” tərəfindən dəstək göstərilib. Belə ki, sözügedən şirkətlər qrupu məsələyə biganə qalmayaraq, aclıqdan əziyyət çəkən atların sığınacağına ilkin
olaraq 1 ton arpa və 1 ton yonca yemləri göndərib.

Qeyd edək ki, “Azersun Holding” tərəfindən Şəki rayonu Respublika Atçılıq Turizm və Atüstü milli Oyunlar mərkəzinə edilən yem yardımı atların qida tələbatının qarşılanmasını təmin edəcək.

# 1371
avatar

Oxşar yazılar