"Azəriqaz"ın sahibkarlarla növbəti görüşü Nəsimidə olacaq
05 aprel 2022 17:44 (UTC +04:00)

"Azəriqaz"ın sahibkarlarla növbəti görüşü Nəsimidə olacaq

"Azəriqaz" İB-nin sahibkarlarla növbəti görüşü Nəsimi rayonunda keçiriləcək.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, sahibkarlığın inkişafı üçün Birlik üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. 

Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Nəsimi rayonunda təşkil olunacaq. 

"Azəriqaz" İB-nin rəhbər şəxsləri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsində (BRQSD-nın Nəsimi rayonu üzrə xidmət sahəsi ilə üzbəüz) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. 

“Səyyar qəbul otağı” aprelin 7-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170
avatar

Oxşar yazılar