Ruslan Əliyev
21 mart 2022 16:20 (UTC +04:00)

Ruslan Əliyev

"Azəriqaz": Ötən ilin mart ayı ilə müqayisədə bu il böyük fərq yaranıb -VİDEO

1

Son günlər ölkə ərazisində soyuq və qarlı hava şəraiti ilə əlaqədar təbii qaz istehlakçılarının qaza olan tələbatının tam ödənilməsi üçün "Azəriqaz" İB-nin qaz təchizatı şəbəkəsinə qəbul olunan təbii qazın həcmi artırılıb.

"Azəriqaz" İB-dən Lent.az-a verilən məlumata görə, ötən gün martın 20-də qaz təchizatı şəbəkəsinə 42 milyon kub metr həcmdə təbii qaz qəbul olunub ki, bunun da 33 milyon kubmetri əhali, 9 milyon kubmetri isə sənaye xətləri üzrədir.

Müqayisə üçün göstərmək olar ki, ümumi şəbəkə üzrə qəbul 2021-ci ilin 20 mart tarixində qəbul olunan qaz həcmindən 13,5 milyon kubmetr  artıqdır. Bu da əhali xətləri üzrə 8,5 milyon kubmetr, sənaye xətləri üzrə 5 milyon kubmetr artım deməkdir. Ötən gün baş direktor Ruslan Əliyev sosial şəbəkə üzərindən canlı yayımda bu məlumatları qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1472

Oxşar yazılar