“Azəriqaz” 5 rayonda  “Açıq mikrofon” aksiyası keçirəcək
13 may 2022 14:39 (UTC +04:00)

“Azəriqaz” 5 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Lent.az xəbər verir ki, sosial şəbəkə vasitəsilə abonentlərin birliyin baş direktoru Ruslan Əliyevə ünvanladıqları qaz təchizatı ilə bağlı müxtəlif növ müraciətləri nəzərə alaraq, növbəti həftə (may ayının 16-dan və 20-nə qədər) 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. 

Aksiya həftənin birinci günü Quba rayonunda (Quba şəhəri, H.Əliyev prospekti, Gənclər Parkı), ikinci günü Qusar rayonunda (Qusar şəhəri, H.Əliyev prospekti Rəsm Qalereyasının həyəti), 3-cü günü Sabirabad rayonunda (Sabirabad şəhəri, Olimpiya İdman Kompleksinin həyəti), 4-cü günü Şirvan rayonunda (Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10) və 5-ci günü isə Saatlı rayonunda (Saatlı şəhəri, H. Əliyev prospekti, Gənclər Mərkəzinin qarşısı) saat 11:00-dan 12:00-dək baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

# 2184
avatar

Oxşar yazılar