"Azercell" Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edib
26 dekabr 2023 12:28 (UTC +04:00)

"Azercell" Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edib

Lider mobil operator 160 ölkədə 390-dən çox şəbəkədə rouminq xidməti təklif edir.

Azercell abunəçilərin rouminqdə müştəri təcrübəsini inkişaf etdirmək məqsədi ilə Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir.

İndi rouminq internet paketləri daha əlçatandır. Azercell 60-dan çox şəbəkəni əlavə etməklə rouminq internet paketlərinin əhatə dairəsini daha genişləndirdi. Artıq abunəçilər 88-dən çox ölkədə 210 operatorun şəbəkəsində Azercell-in sərfəli rouminq internet paketlərindən faydalana bilərlər. Bundan başqa, paketlərdən istifadə zamanı manual şəbəkə seçiminə ehtiyac qalmadı.

Səyahət zamanı “Kabinetim” tətbiqindən, Azercell-in rəsmi saytından və canlı çatdan istifadə (Live chat) nəticəsində yaranan trafikə görə xidmət haqqı tutulmayacaq.

Eyni zamanda tərəfdaşların çoxsaylı istəklərini nəzərə alaraq, korporativ müştərilər üçün xüsusi olaraq yeni 10 GB həcmində rouminq internet paketi istifadəyə verildi.

Azercell-in rouminq xidməti haqqında ətraflı məlumat əldə etmək üçün:

https://www.azercell.com/az/personal/plans-and-services/roaming.html

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3000
avatar

Oxşar yazılar