2021-ci ilin yanvar ayında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin yanvar ayına nisbətən 3,0 faiz azalaraq 690,9 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən xəbərə görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında əhalinin gəlirləri nominal ifadədə 4,2 faiz azalaraq 8,0 milyard manat olub.