Azərbaycanda bu ərzaq məhsullarının qiyməti bahalaşıb
16 mart 2021 10:01 (UTC +04:00)

Azərbaycanda bu ərzaq məhsullarının qiyməti bahalaşıb

Azərbaycanda bir sıra məhsulların qiymətində dəyişiklik olub.

Lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu ilin fevral ayında yanvar ayına nisbətən daha çox bahalaşma unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətində baş verib.

Ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Oxşar yazılar