Azərbaycan nefti bu qədər bahalaşdı
06 may 2021 10:38 (UTC +04:00)

Azərbaycan nefti bu qədər bahalaşdı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Lent.az "APA-Economics"ə istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,03 ABŞ dolları və ya 1,5% artaraq 69,59 dollar təşkil edib.

Xatırladaq ki, bu ilin aprel ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 64,83 ABŞ dollarına bərabər olub ki, bu da mart ayının orta qiyməti ilə müqayisədə 2,42 dollar və ya 3,6% azdır.

Aprel ayında ən yüksək göstərici (aprelin 29-u) – 67,71 dollar təşkil edib, ən minimal göstərici isə (aprelin 7-si) 61,63 dollar səviyyəsində olub.

Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 6,4% və ya 4,02 dollar artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2034
avatar

Oxşar yazılar