Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadada növbəti uğuru
17 dekabr 2021 18:27 (UTC +04:00)

Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadada növbəti uğuru

"Azercell"in dəstəklədiyi şagirdlər informatika üzrə yüksək nəticələr nümayiş
etdirməyə davam edirlər


Azərbaycanlı məktəblilər beynəlxalq bilik yarışmasında növbəti dəfə
fərqlənməyi bacarıblar. Moskvada keçirilən VI Meqapolislər olimpiadasında
ölkəmizi təmsil edən komanda 1 gümüş və 4 bürünc medal olmaqla,
ümumilikdə 5 medal əldə edib. "Azercell"in dəstəyilə hazırlığı həyata keçən
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid
Nəsibov informatika fənni üzrə bürünc medala layiq görülüb.

Rusiya paytaxtında təşkil edilən bilik yarışmasına dünyanın ən böyük
şəhərlərindən 14-18 yaşlı şagirdlər qatılıblar. Ümumilikdə, olimpiadada 32
ölkədən 257 məktəbli bilik və bacarıqlarını sınayıb. Azərbaycanı riyaziyyat,
fizika, kimya və informatika fənləri üzrə yarışan 8 iştirakçı təmsil edib.
Sevindirici haldır ki, şagirdlərimiz hər fənn üzrə uğurlu nəticə nümayiş
etdiriblər. Bakı məktəbliləri 5 medal qazanmaqla yanaşı, blits turda
komanda olaraq üçüncü yerin mükafatçısı olublar.

Xatırladaq ki, beynəlxalq olimpiadalarda iştirak üçün informatika fənni üzrə
milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil Nazirliyi və
İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell
Telekom” MMC-in dəstəyilə həyata keçirilir. AR Təhsil İnstitutu və “Azercell
Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən,
ölkənin hər yerindən istedadlı şagirdlər Azercell-in tərəfdaşlığı ilə təşkil
olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara
hazırlaşırlar. Azercell şirkəti indiyədək onlarla şagirdi hazırlıq prosesinə
cəlb etməklə onların öz potensiallarını nümayiş etdirməsinə imkan yaradıb.
Hazırlıqdan keçən şagirdlərimiz dəfələrlə mötəbər bilik yarışlarında yüksək
nəticələr əldə ediblər və demək olar, hər yarışdan medalla qayıdıblar.
Azərbaycanlı məktəblilər bu müddətdə müxtəlif miqyaslı beynəlxalq
olimpiada və müsabiqələrdə 1 qızıl, 7 gümüş və 19 bürünc olmaqla,
ümumilikdə 27 medal əldə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2439
avatar

Oxşar yazılar