
Avtobus və taksi istifadəçilərinin sayı kəskin azaldı - RƏSMİ
Azərbaycanda ötən il avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır.
Lent.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2019-cu ildə avtobus nəqliyyatı ilə 1 741 364,5 min sərnişin daşınıb.
Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 37,5% azdır. 2019-cu ildə taksi xidmətlərindən 71 893,5 min nəfər istifadə edib.
Qeyd edək ki, ötən il Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 100,2 mln. sərnişin daşınıb, bu isə 39,3%-lik azalma deməkdir.
Azalma koronavirus pandemiyasına görə aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

Oxşar yazılar

Qarabağ nura qərq olacaq - RƏSMİ AÇIQLAMA
6 mart 2021 , 18:40
Neftimiz bahalaşdı: nəhayət ki...
6 mart 2021 , 10:53
TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
5 mart 2021 , 19:49
Bu ölkədə milyarderlərin sayı mini keçdi - Dünyada İLK DƏFƏ
5 mart 2021 , 19:27
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
5 mart 2021 , 16:51
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
5 mart 2021 , 16:31
"Azercell" “Qələbə ili”nin nəticələrini açıqladı
5 mart 2021 , 15:41
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!
5 mart 2021 , 14:55