Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türk Hava Yollarının Naxçıvana uçuşları müvəqqəti olaraq dayandırmasına aydınlıq gətirib.
APA-nın məlumatına görə, E. Özoral bildirib ki, Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında quru sərhədi bağlı deyil, yük və nəqliyyat sərbəst hərəkət edir.
Bununla belə, səfir deyib ki, koronavirus təhlükəsi ilə bağlı havada sərnişinlərə nəzarət etmək mümkün olmadığından Naxçıvana uçuşlar hələlik müvəqqəti dayandırılıb: “Koronavirus təhlükəsi ilə bağlı indidən bir söz demək mümkün deyil. Bu səbəbdən uçuşların nə vaxt bərpa olunacağını indidən söyləmək olmur”.
***
13:43
Türk Hava Yolları (THY) Naxçıvan Muxtar Respublikasına uçuşları müvəqqəti dayandırıb.
APA-nın xəbərinə görə, bu barədə THY-nin İdarə Heyətinin sədri İlker Aycı bildirib.
O qeyd edib ki, Bakı və Gəncə şəhərləri istiqamətində uçuşlar davam edir.