Sabahdan Azərbaycana gətirilən bu məhsullar üçün aksiz dərəcələri artırılır
18 mart 2020 10:40 (UTC +04:00)

Sabahdan Azərbaycana gətirilən bu məhsullar üçün aksiz dərəcələri artırılır

Sabahdan Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcələri artırılır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli qərarında əksini tapıb.

Qərar dərc edildiyi gündən 30 gün sonar – martın 19-da qüvvəyə minir.

 

Qərara əsasən, aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.

Eyni zamanda aksiz dərəcəsi  qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları istisna olmaqla, təbii üzüm şərabları (spirt qatılmışlar daxil olmaqla) və üzüm suslosunun hər litri üçün 3,5 manatdan 3,6 manata, şampan şərabı üçün 5 manatdan 5,1 manata, denaturasiya olunmamış etil spirit (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spiritnin hər litri üçün 4 manatdan 5,2 manata,  viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin  hər litri üçün isə 10 manatdan 11,2 manata qaldırılıb.

Tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün aksiz dərəcəsi isə 1,9 manat müəyyənləşib.

Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün  aksiz dərəcəsi isə 10 manatdan 7,2 manata endirilib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1885
avatar

Oxşar yazılar