Rusiya noyabrın 1-dən etibarən Serbiya, Kuba və Yaponiya ilə aviasiya əlaqələrini bərpa edir.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Koronavirusla mübarizə üzrə operativ qərargahdan bildirilib.
Noyabrın 1-dən etibarən Serbiya (Moskva-Belqrad) və Kubaya (Moskva-Kayo-Koko, Moskva-Santa-Klara) həftədə iki reys, Yaponiyaya isə (həftədə iki dəfə Moskva-Tokio və bir dəfə Vladivostok-Tokio) həftədə üç reys yerinə yetiriləcək.
Bundan başqa, Rusiyadan İsveçrə, Maldiv adaları, BƏƏ və Belarusa uçuşların sayı artırılacaq.