İdxal edilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsi artırıldı
17 fevral 2020 21:35 (UTC +04:00)

İdxal edilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsi artırıldı


Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün 20 manatdan 31 manata qaldırılıb.

Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb.

Bu qərar dərc edildiyi gündən 30  gün sonra qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3220
avatar

Oxşar yazılar