Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alınıb.
"Buta Airways"dən “APA-Economics”ə verilən məlumata görə, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş etmişdir. Təyyarə Gəncə-Moskva marşrutu üzrə reysi yerinə yetirirdi.
Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.