Bu il “Brent” markalı neftin ortalama qiyməti proqnozlaşdırıldı
18 aprel 2020 12:28 (UTC +04:00)

Bu il “Brent” markalı neftin ortalama qiyməti proqnozlaşdırıldı


"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozuna görə, 2020-ci ildə “Brent” etalon markalı neftin bir barel üçün ortalama qiyməti 35 ABŞ dolları səviyyəsində olacaq.

Bu barədə "APA-Economics" "Fitch Ratings" agentliyinə istinadən xəbər verir.

Agentliyin proqnozuna əsasən, 2021-ci ildə “Brent”in bir barel üçün ortalama qiyməti 45 dollar, 2022-ci ildə isə 53 dollar səviyyəsində olacaq.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri (Bakı vaxtı ilə saat 12:05-ə olan məlumat) 1,87% artaraq 1 barelə görə 28,34 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Oxşar yazılar