Dünyanın ən varlı adamı, “Amazon”nun sahibi Ceff Bezosun varidatı 200 milyarda çatıb.
Lent.az-ın "Forbes"ə istinadən məlumatına görə, avqustun 25-də keçirilən hərrac zamanı satılan aksiyalardan Bezos külli miqdarda qazanc əldə edib. Ümumiyyətlə, pandemiya dövründə “Amazon”un aksiyaları 55 faiz bahalaşıb.