820 Taksi mobil tətbiq bələdçisi
21 dekabr 2020 16:27 (UTC +04:00)

820 Taksi mobil tətbiq bələdçisi

820 Taksi mobil tətbiq bələdçisi sizə necə yardımçı olur?

820 Taksi mobil tətbiq bələdçisi artıq xidmətinizdədir. Bu, xidmətindən müştərilərin rahat istifadə etməsi üçündür.

Lent.az bildirir ki, mobil tətbiqi yükləmək üçün PlayMarketə və ya AppStore daxil olub, 820 Taksi yazmağınız kifayətdir. Axtarış nəticəsində tapılmış tətbiqi telefonunuza yükləyin.

Tətbiqi ilk dəfə açan zaman sizdən nömrənizi qeydiyyatdan keçirməyiniz tələb olunacaq. Nömrənizi qeydiyyatdan keçirdikdən sonra tətbiqdən istifadə etməyə başlaya bilərsiniz.

Gedəcəyiniz ünvanı qeyd edərək artıq taksi sifariş edə bilərsiniz.

Qeyd edək ki, 820 TAXI və KURYER  xidməti Azərbaycanda yeni olsa da xeyli rəğbət qazanıb.  Xidmət hələlik Bakı şəhərində fəaliyyət göstərəcək.

Fəaliyyətində  müştəri məmnuniyyətini əsas hesab edən şirkət həm taksi, həm də kuryer xidməti ilə fəaliyyət göstərən milli tətbiqetməyə malikdir.

Şirkət müştərilərinə Maksimum Ekonom, Ekonom, Komfort, Biznes və Miniven taksi xidmətləri təklif edir. Taksi xidmətlərinin özəlliklərinə görə, müxtəlif və uyğun qiymət təklifləri formalaşdırılıb.

820 TAXİ müştəriləri hər dəfə istifadə üçün bonus qazanmaq, nağdsız ödəniş etmək imkanına malikdirlər.

Sifarişlər Android və iOS mobil tətbiqləri, həmçinin 7/24 fəaliyyətdə olan 820 qısa nömrəsi ilə qəbul olunur.

Şirkət, həmçinin, Bakı şəhərində istənilən növ yüklərin və bağlamaların daşınması xidmətini təklif edir.

820 TAKSİ- KURYER - Sənə ən yaxın olanı seç!

# 2175
avatar

Oxşar yazılar