“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask
23 fevral 2021 14:51 (UTC +04:00)

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask

15 milyard və dünyanın ən varlı adamı statusunu itirdi

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask bir sutkaya 15 milyard dollar itirib və dünyanın ən varlı adamı statusundan məhrum olub.  

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, “Tesla”nın səhmlərinin 8,6 faiz düşməsi səbəbiylə iş adamının sərvəti 183 milyard dollara düüşb.

Bunun səbəbinin iş adamının bitkoinin qiyməti ilə bağlı açıqlaması ola biləcəyi qeyd olunur. 

O, 20 fevralda bitkoin və efirium kriptovalyutası qiymətlərinin şişirdilmiş səviyyədə olduğu fikrini dilə gətirən bir tweet atmışdı.. 

İlon Mask fevralın 19-da dünyanın ən varlı adamları reytinqində birinci yeri özünə qaytarmışdı. O vaxt xəbər verilirdi ki, iş adamının varidatı 199,9 milyard dollara qədər artıb. Hazırda  “Amazon”un yaradıcısı Ceff  Bezos 186 milyard dollarla onu geridə qoyur. 
 

# 1554
avatar

Oxşar yazılar