100 milyard dollar  OĞURLANDI
22 dekabr 2021 17:17 (UTC +04:00)

100 milyard dollar OĞURLANDI

Əmək Departamenti ABŞ hökumətinin koronavirus pandemiyası zamanı əhalini və biznesi dəstəkləmək üçün göndərdiyi təxminən 100 milyard dollar vəsaitin ehtimal olunan sui-istifadəsi barədə məlumat verib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, vəsaitlərin böyük hissəsi işsizlik müavinətləri üçün nəzərdə tutulub.

Müvafiq bəyanatı ABŞ Məxfi Xidmətinin nümayəndəsi verib.

Bu məqsədlər üçün ümumilikdə 3,4 trilyon dollar vəsait ayrılıb. Məbləğin 3 faizə yaxını cinayət sxemlərinin köməyi ilə bu vəsaitlərdən çıxarılıb. Pulun böyük hissəsi əhaliyə işsizlik müavinətinin ödənilməsi üçün nəzərdə tutulmuşdu.

Ən azı 87 milyard dolların fırıldaqçıların əlində olduğu dəqiqliklə müəyyən edilib.

Mənimsəmə aşkar edildikdən sonra ABŞ Məxfi Xidməti hökumət fondundakı 1,2 milyard dolları dondurub.

İşsizlikdən sığorta və kredit dələduzluğu hallarının müəyyən edilməsi istiqamətində yoxlamalar aparılır.

Bütün ştatlarda 900 araşdırma aparılır. Həbsdə 100-ə yaxın şübhəli var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472
avatar

Oxşar yazılar