Azərbaycanda avtomobilin orta qiyməti 15930 dollardır
Maşın alanlar yeni avtomobillərə üstünlük verir
Avqust ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda yay mövsümü üçün xarakterik olan passivlik qeydə alınıb. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi avtomobil bazarında apardığı nəticələrdən sonra bu qənaətə gəlib. Qurumdan Lent.az-a daxil olan məlumatda bildirilib ki, əvvəlki ayla müqayisədə təklif üzrə artım 8,2% təşkil edib. Avqustda təklifin artmasına baxmayaraq, tələb azalıb (3,1%).
Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında ötən ayla müqayisədə nisbi artım qeydə alınıb, amma bu, bağlanan əqdlərin dinamikasının artmasına təsir göstərməyib. Ay ərzində bazarda orta qiymət iyul ayı ilə müqayisədə 1,9% azalaraq 15930 ABŞ dollarına bərabər olub.
Bazarda müşahidə olunan nisbi aktivlik avtomobillərin ekspozisiya müddətinin artmasının qarşısını alıb. Ekspozisiya müddətinin sabit qalmasına baxmayaraq əmlakın bu növü üzrə risk dərəcəsi hələ də yüksək olaraq qalıb ki, bu da öz növbəsində avtomobillərin likvidlik əmsalına mənfi təsir göstərib. Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 7450-dən artıq avtomobilin 38,2%-i bazara məhz avqust ayı ərzində təklif olunub. Qalan 61,8%-i isə əvvəlki aylardan qalan avtomobillərdir.
Avronun dolları üstələmə tendensiyası idxal olunan avtomobillərin qiymətlərində özünü göstərsə də, bazarda passiv tendensiyanın davam eləməsi və tələbin aşağı olması avtomobillərin satış qiymətlərinin artmasının qarşısını alıb. Avtomobillərin satış qiymətləri artmasa da, sahibkarlar xarici valyutaların denominasiyasının bazara mənfi təsir göstərdiyini və avtomobillərin gəlirlik dərəcəsinin azaldığını bildirirlər.
İki ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası “Mercedes-Benz”in təklif üzrə payı ümumi portfeldə 37,3%-ə qalxıb (artım 9%). “Mercedes-Benz” ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.
Ümumilikdə ən çox təklif edilən 9 markanın təklif üzrə payı 82,6% təşkil edib. Yerdə qalan 17,4% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür.
Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişiklik baş verməyib. Araşdırmalar göstərir ki, tədricən ili köhnə olan avtomobillərə maraq azalır. 1998-2001-cu illərin istehsalı olan avtomobillərin bazarda 1996-1997-ci illərin markalarını üstələmə tendensiyası davam edir. Bununla yanaşı, ili yeni olan avtomobillərə olan marağın artımı təklifdə özünü göstərir. Ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bazarda üstünlük 2000-ci ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək.
Pərvin ABBASOV

657