80 milyardlıq reklam bazarı üçün yeni ittifaq yarandı
İnternet reklam bazarında əsas söz sahiblərinə çevrilmək üçün “Microsoft“ və “Yahoo” “Google”yə qarşı birləşdi
“Microsoft“ və “Yahoo” axtarış sistemi və internetdə reklam yerləşdirmək sahələrində 10 il ərzində əməkdaşlıqla bağlı razılaşma əldə edib.
Lent.az-ın türk mətbuatına istinadən yaydığı xəbərə görə, bu iki şirkət reklam bazarında “Google” ilə rəqabət aparmaq üçün bu əməkdaşlığı zəruri sayıb. Anlaşmanın əsasında bu iki şirkətin gəlirini bölüşdürməsi dayanır.
Əməkdaşlıq çərçivəsində “Yahoo” axtarış sistemində “Microsoft“ texnologiyalarından istifadə edəcək. İki şirkətin axtarış sistemlərinə verilən reklamlarla bağlı fəaliyyətə də “Yahoo” məsuliyyət daşıyacaq.
Anlaşmaya görə, “Yahoo” ilk 5 ildə öz sistemindəki bütün axtarış və reklam gəlirlərinin 88 faizini alacaq və “Microsoft“ un bəzi internet saytlarında reklam yerləşdirmə haqqına sahib olacaq.
“Yahoo” bu anlaşmanın illik gəlirlərini 500 milyon dollar artıracağı və 275 milyon dollara da qənaət etməyə imkan yaradacağı qənaətindədir.
İnternet üzərindən verilən reklamların gəlirləri uğrunda bu iki şirkətin bir araya gəlməsi isə təsadüfi deyil. Çünki bu gəlirlər kifayət qədər böyükdür. Hazırda 40 milyard dollara çatan bu reklam bazarının 2010-cu ildə 80 milyard dollar səviyyəsində olması gözlənilir.
Bu nəhəng reklam gəlirlərin çoxuna hazırda “Google” sahib çıxır. Məsələn, dünya miqyasında internet axtarış və reklam bazarında “Yahoo”nun payı cəmi 8 faiz, “Google”nin payı isə 67 faizdir. ABŞ-ın özündə isə “Google”nin payı 65 faiz, “Yahoo”nun payı 20 faizdir.
Ramiz

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34