"Dövlət tərəfindən sahibkarlara verilən dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur".
"APA-Economics"in məlumatına görə, bunu Nazirlər Kabineti yanında OPerativ Qərargahın brifinqində İqdisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, karantindən çıxdıqdan sonra iqtisadi fəallıq dərhal bərpa edilməyəcək: "Tövsiyələrdən biri ondan ibarətdir ki, istər ticarət, istər istehsal və xidmət müəssisələrində minimal sayda əməkdaşlar cəlb olunsun. Təbii olaraq bu, ilk növbədə sanitar-epidemiologi qaydadan irəli gələn məsələdir. Fəaliyyətin tam şəkildə bərpa olunmadığını nəzərə alsaq, bu, müəssisələrin işgüzar aktivliyinə birmənalı təsir göstərəcək".