“Music Gallery” şirkəti də Milli Orduya dəstək məqsədi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 25.000 manat ianə ayırıb.
Bundan əlavə olaraq şəhidlərin borcu olmaz deyən “Music Gallery” qəhrəmancasına vuruşaraq şəhid olmuş müştərilərin borclarını sildiyini bildirir, Azərbaycanın Milli Ordu sıralarına qoşulan əməkdaşlarına hər zamanı kimi dəstək olaraq onların yanında olacaqlarını və maaşlarının 3 mislində hesablanacağına qərar vermişdir.
Cəbhədə düşmənlə üz-üzə duran, gecə-gündüz mübarizə aparan Azərbaycan Respublikasının Milli Ordusuna dəstək hər bir vətəndaşın, qurumun əsas borcudur.
Biz də öz növbəmizdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması üçün apardığı bu çətin və şərəfli mübarizəsində yanındayıq.
Milli Ordumuza bu şərəfli mübarizədə şirkətimiz tərəfindən belə yardımların daim ediləcəyini bildirir və əsgərlərimizə uğur arzulayırıq. Zəfər bizimlədir!
Güc Birlikdədir! Qarabağ Azərbaycandır!
www.mgstore.az