“Azerçay” Moskvada təşkil edilmiş Beynəlxalq sərgidə iştirak edib.
18 fevral 2020 18:21 (UTC +04:00)

“Azerçay” Moskvada təşkil edilmiş Beynəlxalq sərgidə iştirak edib.

 

Azərbaycanın ilk milli çay markası olan “Azerçay” növbəti dəfə böyük beynəlxalq tədbirdə iştirak edib.  Moskva şəhərində təşkil edilən “Prodekspo” beynəlxalq qida sənayesi sərgisinə qatılan markanın stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Stendə baş çəkən rusiyalı çay həvəskarları bu markann xüsusi gözəl dada və yüksək keyfiyyətə malik olduğunu bildiriblər. Rusiyalı istehlakçıların sevimli markalarından olan “Azerçay” ziyarətçilərə 300-dən artıq çeşiddə məhsul nümayiş etdirib. “Made in Azerbaijan” yazısını üzərində daşıyaraq ölkəmizi dünyanın müxtəlif ölkələrində layiqincə təmsil edən adıçəkilən milli markamız sərginin ən böyük stendlərindən birinə sahib olub. Rusiya bazarında böyük rəğbətlə qarşlanan “Azerçay” bütün MDB məkanında on illərdir ki, geniş auditoriyaya malik TV verilişlərə dəstək olur, ölkəmizdə və dünyanın müxtəlif yerlərində təşkil edilən beynəlxalq tədbirlərdə yaxından iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3779
avatar

Oxşar yazılar