
Türkiyəli güləşçi tarix yazdı: 4-cü dəfə dünya çempionu oldu
Türkiyəli güləşçi Rıza Kayaalp 4-cü dəfə dünya çempionu olub.
APA-nın məlumatına görə, Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 130 kq çəki dərəcəsində yarışan türkiyəli güləşçi finalda kubalı Oskar Pino Hindslə qarşılaşıb.
Final görüşü türkiyəli güləşçinin qələbəsi ilə başa çatıb.
Bununla da Rıza Kayaalp yunan-Roma güləşi üzrə 4-cü dəfə dünya çempionu adını qazanıb.
Qeyd edək ki, R. Kayaalp 2011, 2015 və 2017-ci illərdə keçirilən dünya çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Oxşar yazılar

“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23