AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya - Azərbaycan oyununa bilet satışı davam edir. Lent.az-ın məlumatına görə, artıq qarşılaşmaya 25 000 bilet satılıb. Oyunun başlanma saatına qədər daha çox biletin satılması gözlənilir.
Qeyd edək ki, oktyabrın 10-da baş tutacaq İtaliya - Azərbaycan matçı 36 500 azarkeş tutumuna malik "Renzo Barbera" stadionunda keçiriləcək.