Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması bu gün Xorvatiyanın qonağı olacaq. Osyekin "Qradski” stadionunda baş tutacaq oyuna bilet satışı davam edir. Lent.az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq 13 min bilet satılıb. Qeyd edək ki, "Qradski" stadionu 19 min azarkeş tutumuna malikdir. Bilet satışı oyunun başlama saatına qədər davam edəcək.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.